Dünya

Azanın sözləri dəyişdirildi – KORONAVİRUSA GÖRƏ

Küveytdə koronavirusa qarşı tədbirlər çərçivəsində namaz qaydalarında bəzi dəyişikliklər edilib.

Unikal.org xarici KİV-ə istinadən məlumatına görə, namaza çağırış olan azanın mətni dəyişilib. Belə ki, azanda istifadə olunan “hayya alas-salah” (namaza gəlin) ifadəsi, “al-salatu fi buyutikum” (namazı evinizdə qılın) ifadəsi ilə əvəz olunub.

Küveyt Vəqflər və İslam nazirliyi bunun islamda insanların həyatının hər şeydən önəmli olması zərurətindən irəli gəldiyini deyib.

Bənzər yazılar

Back to top button