Siyasət

İran Azərbaycanı hərbi əməkdaşlığı fəallaşdırmağa çağırıb

Avqustun 22-də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı regional təhlükəsizlik məsələləri, eləcə də Azərbaycanla İran arasında hərbi əməkdaşlığın perspektivləri ətraflı müzakirə edilib.

Öz növbəsində, İranın Mehr agentliyi bildirib ki, Baqeri “İran tərəfinin Bakıda birgə hərbi komissiyada iştirak etməyə hazır olduğunu” deyib.

Onun sözlərinə görə, “bölgədə əcnəbilərin iştirakı gərginlik və münaqişələrə səbəb olacaq”.

Buna cavab olaraq Azərbaycanın müdafiə naziri bildirib ki, Azərbaycan Silahlı Qüvvələri İranla ikitərəfli hərbi əməkdaşlığın səviyyəsini yüksəltməyə və yaxın gələcəkdə Bakıda birgə hərbi komissiyanın iclasında iştirak etmək üçün İran nümayəndə heyətini qəbul etməyə hazırdır.

Sonda Zakir Həsənov Məhəmməd Baqerini Azərbaycana səfərə dəvət edib.(Turan)

Bənzər yazılar

Back to top button