Dünya

Serj Sarkisyanın qardaşına Ermənistanı tərk etmək qadağan olundu

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı, ölkənin xüsusi məsələlər üzrə səfiri Lev Sarkisyan və övladları qanunsuz olaraq 6,8 milyon dolları müvafiq qurumlardan gizlətməkdə şübhəli bilinirlər.

Ermənistan KİV xəbər verir ki, məlumatı ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.

İttiham aktında qeyd olunub ki, L.Sarkisyan, onun oğlu Narek və qızı Ani cinayət əməlində şübhəli bilinirlər. “C-el-C layihə şirkəti” Səhmdar Cəmiyyətinin ofisində aparılan axtarış nəticəsində müəyyən olunub ki, 2017-ci ilin ikinci yarısında onların adına Ermənistan banklarından biri pul köçürüb. Onlar bu məbləği vergi bəyannaməsində göstərməyiblər.

Hüquq-mühafizə orqanları Lev, Narek və Ani Sarkisyanların şəhərdən çıxışana qadağa qoyub. Onların dilindən paytaxt Yerevanı tərk etməmək barədə iltizam alınıb.

Qaynarinfo.az

Bənzər yazılar

Back to top button