Dünya

Tramp: Putin dəyişib və bu, hamı üçün pisdir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı hərəkətlərinə münasibət bildirib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə “Washington Examiner”ə müsahibəsində deyib.

Tramp deyib ki, Ukraynaya hücumundan sonra Putinin xarakterində çox dəyişiklik olub, onun qərarıları məni təəccübləndirir.

“Düşünürəm ki, o dəyişib. Bu, bütün dünya üçün çox pis xəbərdir. O, çox dəyişib. Putinlə çox sərt davranırdım. Buna görə də pis reputasiyam var. Amma eyni zamanda, digərlərinin ilə olduğu kimi, onunla da yaxşı anlaşırdıq”, – Tramp bildirib.

Bənzər yazılar

Back to top button