İki futbolçu Danimarka millisindən getdi

Print Friendly, PDF & Email

Danimarka millisinin iki futbolçusu yığmadakı karyerasını başa vurub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bunlar 33 yaşlı Vilyam Kvist və 35 yaşlı Mikael Krun-Delidir. Hər iki yarımmüdafiəçi DÇ-2018-in 1/8 finalında Xorvatiyaya penaltilər seriyasında məğlubiyyətdən sonra bu qərarı açıqlayıblar.

Qeyd edək ki, V.Kvist və Krun-Deli DÇ-2018-də 1 matçda iştirak ediblər.