Bizim seçimCəmiyyətHadisə

Keçmiş Hərbi Komissar qardaşı oğlunun işdən çıxarılmasından danışdı

Keçmiş Hərbi Komissar, Milli Məclisin deputatı Əliağa Hüseynov qardaşı oğlu olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Namiq Hüseynovun təqaüdə göndərilməsindən danışıb.

Ə.Hüseynov ölkə.az-a açıqlamasında bildirib ki, Namiq Hüseynovun 56 yaşı var:

“Təqaüdə 53 yaşında çıxırlar. Qardaşım oğlunun isə 56 yaşı var. Vətənə vicdanla xidmət edib, indi də təqaüd yaşı çatıb, getməli idi. Məgər təqaüdə təkcə qardaşım oğlunu göndəriblər? Onunla bərabər bir neçə nəfər də yaşı çatdığı üçün təqaüdə çıxarılıb. Bunu normal qəbul etmək lazımdır”.

Sabiq Hərbi Komissar Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun da fəaliyyətini müsbət qiymətləndirdiyini söyləyib:

“Arzu müəllimdən yerlə göy qədər razıyıq. Allah onun canını sağ etsin. Arzu müəllim sağ olsun ki, cənab prezidentin verdiyi tapşırıqları vaxtında yerinə yetirir”.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi təqaüdə göndərilib. Unikal.org-un xəbərinə görə, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Namiq Hüseynov xidmətlə olmanın son yaş həddinə görə təqaüdə çıxıb. Onun yerinə həmin vəzifəyə polkovnik Vüsal Babayev təyin olunub.

Qeyd edək ki, təqaüdə göndərilən Namiq Hüseynov respublikanın keçmiş Hərbi Komissarı, millət vəkili Əliağa Hüseynovun qardaşı oğludur.

Bənzər yazılar

Back to top button