İdman

“Qızıl oğlan” mükafatına namizəd futbolçular – SİYAHI

İtaliyanın “Tuttosport” nəşri Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahıda 20 futbolçunun adı var. “Qızıl oğlan” mükafatını qazanmağa namizəd futbolçular bunlardı:

Alfonso Devis (Kanada, “Bavariya”), Canluici Donnaruma (İtaliya, “Milan”), Ansu Fati (Qvineya-Bisau, “Barselona”), Filip Foden (İngiltərə, “Mançester Siti”), Matteo Günduzi (Fransa, “Arsenal”), Erlinq Holand (Norveç, “Zaltsburq”) Kay Haverts (Almaniya, “Bayer”, Leverkuzen), Joao Feliks (Portuqaliya, “Atletiko Madrid”), Deyan Yoveliç (Serbiya, “Ayntraxt”), Moyze Kin (İtaliya, “Everton”), Li Kan İn (Cənubi Koreya, “Barselona”), Andrey Lunin (Ukrayna, “Valyadolid”), Doniell Malen (Niderland, PSV), Meyson Maunt (İngiltərə, “Çelsi), Rodriqo (Braziliya, “Real Madrid”), Ceydon Sanço (İngiltərə, “Borussiya”, Dortmund), Ferran Torres (İspaniya, “Valensiya), Vinisius (Braziliya, “Real Madrid”) Nikola Canolo (İtaliya, “Roma”), Matteis De Liqt (Hollandiya, “Yuventus”)

Qeyd edək ki, səsvermənin qalibini Avropanın aparıcı idman nəşrlərinin jurnalistləri müəyyənləşdirəcək. Qalib dekabrın 16-da açıqlanacaq. Mükafat 2003-cü ildə təsis edilib.

Bənzər yazılar

Back to top button