İdman

Mbappe özü də danışdı: “Hər şey 15 gün əvvəl başladı”

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe Paris klubu ilə müqavilə yeniləməmək qərarını etiraf edib.

Fanat.az xəbər verir ki, “RMC Sport” 24 yaşlı ulduzun dediklərini belə çatdırıb:

“Rəhbərlik anlaşmada nəzərdə tutulan müddət başa çatandan sonra onun daha bir il müddətinə uzadılmasını istəmədiyim barədə 2022-ci ilin 15 iyul tarixindən məlumatlı idi. Yazdığım məktub əvvəl şifahi şəkildə razılaşdırılmış məsələnin təsdiqidir.

Bu barədə o vaxtdan bəri heç nə danışılmayıb. Hər şey 15 gün əvvəl başladı. Mən rəhbərliyə bu yay klubdan ayrılmaq istədiyimi deməmişəm. Növbəti mövsümdə də PSJ-də qalacağam. Yazdığım məktub sadəcə, anlaşmanın daha bir il müddətinə uzadılmayacağı ilə bağlıdır”.

Daha öncə mətbuatda PSJ rəhbərliyinin Kiliandan belə ismarıc gözləmədiyi və onun atdığı addımdan təəccübləndiyi barədə informasiyalar yayılıb. Parislilərin artıq Fransa millisinin forvardını transferə çıxardıqları, klub bosslarının “Real Madrid”in prezidenti Florentino Pereslə bu yöndə danışıq apardıqları bildirilib.

2018-ci ilin yayında “Monako”dan transfer edilən Mbappe PSJ-də 6 mövsüm keçirib.

Son mövsümdə Liqa 1-də 34 matçda çıxan Fransa millisinin 24 yaşlı üzvü komandasının çempionluğuna 29 qol və 6 məhsuldar ötürmə ilə yardımçı olub.

Bənzər yazılar

Back to top button