İdman

Kapitan ən yaxşı oyunçu seçildi

DÇ-2018-in 1/8 finalında keçirilən Belçika – Yaponiya matçının (3:2) ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Belçika millisinin kapitanı Eden Hazard qarşılaşmanın ən yaxşısı seçilib.

Qeyd edək ki, “Çelsi”nin yarımmüdafiəçisi komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub.

Bənzər yazılar

Back to top button