Cəmiyyət

Gözəllik salonları və bərbərxanalara getmək üçün belə icazə alınmalıdır (AÇIQLAMA)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşların gözəllik salonuna və bərbərxanalara gedən zaman icazə alması ilə bağlı məsələyə münasibət bildirib.

AzToday.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Niftəliyev oxu.az-a bildirib ki, vətəndaşlar bütün sahələr üzrə – bərbərxanalar, gözəllik salonları, kosmetik xidmətlər və ticarət obyektlərinə getmək üçün “2” kodunu yazıb, 8103 nömrəsinə SMS göndərməklə icazə ala bilərlər:

“Yalnız SMS-ə cavab gəldikdən sonra vətəndaş yaşayış yerini tərk edə bilər. Hazırda icazə müddəti üç saatdır”.

Qeyd edək ki, dünən ölkədə xüsusi karantin rejimi yenidən yumşaldılıb.

Bənzər yazılar

Back to top button