Elzadan aparıcıya: Sən mənə təcavüz edirsən – VİDEO

Print Friendly, PDF & Email

Əməkdar artist Elza Seyidcahan ATV-də yayımlanan “10-dan sonra” proqramında qonaq olub.

Oxu.Az xəbər verir ki, ötən həftələrdə Damlanın şəklini cırmaqla gündəmə gələn Elzaya Yusif Damlanın və onun şəklini yandıran Ceyhunun fotolarını göstərib.

Müğənni isə buna əsəbiləşərək Yusifə “Mən o adamları tanımıram. Şəkilləri qoy ora, musiqidən, sənətdən danış. Sən hazırda mənə təcavüz edirsən, məni intihara sövq edirsən. Gedim özümü öldürüm?” deyib.

Sözügedən görüntüləri təqdim edirik: