Dünya

Parkinq cəriməsini 44 il sonra ödədi: “Üzr istəyirəm”

ABŞ vətəndaşı 44 il sonra parkinq cəriməsini ödəyib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Pensilvaniya ştatında yaşayan şəxs polis şöbəsinə 5 dollar və mesaj göndərib:

“Bu cəzanı həmişə ödəmək istəmişdim. Qəbz 40 ildən çoxdur məndədir. Əlaqə məlumatı vermədiyim üçün üzr istəyirəm”.

1974-cü ildə verilən parkinq cəzasının məbləği 2 dollar olub, lakin həmin şəxs faizlə birlikdə 5 dollar ödəyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button