İngiltərədə ikinci “Skripal işi”: yenə eyni zəhər…

Print Friendly, PDF & Email

İngiltərədə bir neçə ay əvvəl sabiq rus agent Sergey Skripal və qızı Yuliya Skripal zəhərlənmiş, hər iki şəxsin sinir sistemində böyük problem yaranmış, bir müddət xəstəxanada qalmışdılar.

Qaynarinfo xəbər verir ki, bir çox dünya ölkələrinin Rusiyanı ittiham elədiyi, diplomatik böhrana səbəb olan hadisənin bənzəri yenidən yaşanıb. İngiltərə Terrorla Mübarizə Şöbəsi bir cütlüyün Yuliya və Sergey Skripalı zəhərləmək üçün istifadə edilən “Novichok” maddəsi ilə zəhərləndiyini açıqlayıb. Zəhərlənən şəxslər 44 yaşlı Daun Starqess və 45 yaşlı Çarlz Roulidir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və koma vəziyyətindədir.

Qeyd edək ki, hadisə Sergey və Yuliya Skripalın zəhərləndiyi yer olan Salzböridən 12 km məsafədə yerləşən Eymzböri qəsəbəsində baş verib. Solzböriyə yaxınlıqdakı Viltşör qəsəbəsində ölkənin müdafiə nazirliyinə bağlı “Porton Down” adlı hərbi laboratoriya yerləşir. Tikili kimyəvi silahların sınaq sahəsi hesab edilir.