DünyaSağlamlıq

ÜST rəhbəri: “Pekindən 50 gün sonra 100 yeni yoluxma xəbəri gəldi”

“Ötən həftə Çin 50 gündür yoluxmanın müşahidə edilmədiyi Pekində 1 nəfərin yoluxduğunu açıqladı, ardınca isə 100 yeni yoluxma müəyyən edildi”.

Qaynarinfo xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros adhanom Qebreyesus deyib. O, yoluxmanın mənbəyinin və əhatə dairəsinin araşdırıldığını diqqətə çatdırıb.

Afrika, Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə Covid-19 hallarının artdığını deyən ÜST rəhbəri pandemiyanı nəzarət altına almış ölkələrin belə ikinci dalğaya hazırlıqlı olmalı olduqlarını vurğulayıb.

Bənzər yazılar

Back to top button