“Qarabağ” növbəti transferini elan etdi: milli üzvü gəldi – FOTO

Print Friendly, PDF & Email

“Qarabağ” növbəti transferini elan edib.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionunun rəsmi səhifəsi Bolqarıstan millisinin üzvü Simeon Slavçevin klubun formasında çəkilmiş fotosunu yayımlayıb.

“Sportinq”dən ayrılan 24 yaşlı yarımmüdafiəçinin hazırda klubun Avstriyadakı düşərgəsində olduğu bildirilir.

Slavçev karyerasına vətənində – “Liteks” klubunda başlayıb (2010-2014). 2011-ci ildə Bolqarıstanın “Çavdar” klubuna icarəyə verilən yarımmüdaiəçi 2014-cü ildə 2,5 milyon avroya “Sportinq”ə transfer edilib. O, 2015-ci ildə İngiltərənin “Bolton”, 2015-2016 mövsümündə Cənubi Kiprin “Apollon”, 2016-cı ildə Polşanın “Leçiya” klublarına icarəyə verilib.

Bolqarıstanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş futbolçu 2013-cü ildən dəvət aldığı A millidə 17 oyun keçirib.

Bu “Qarabağ”ın 5-ci transferi olub. Ağdam klubu bundan əvvəl Filip Ozobiç, Rahil Məmmədov, Abdullah Zubir və Hannes Halldorssonu heyətinə qatıb.