Hadisə

Daha bir qazinin özünə qəsd etməyə çalışdığı deyilir

Daha bir Vətən müharibəsi iştirakçısının intihara cəhd etdiyi deyilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Vətən müharibəsi iştirakçısı, hərbi xidmət əlili, Tovuzun Hacalı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək canına qəsd edib.

Məlumata görə, qazinin dizinə dəmir protez qoyulub:

“Onun dizində çürümə gedirmiş. Qazinin 1 ildən çoxdur əlillik dərəcəsini ala bilmədiyi deyilir”.

Qazinin son vəziyyəti və əlillik ala bilməməsi ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.
Daha bir qazinin özünə qəsd etməyə çalışdığı deyilir

Bənzər yazılar

Back to top button