İdman

“Real”ın futbolçusu barədə pis xəbər

Madrid “Real”ı müdafiəçi Dani Karvaxaldan pis xəbər alıb.

AzToday.az-ın APA-ya istinadən məlumatına görə, oyunçunun ürəyində qüsur aşkarlanıb. Klubdan verilən açıqlamada bildirilib ki, futbolçunun keçirdiyi bir infeksion xəstəlik onun ürək pərdəsini zədələyib.

Karvaxalın tam olaraq sağalması üçün müəyyən qədər zamana ehtiyac olduğu bildirilib. Onun “Espanyol”la oyunda meydana çıxmayacağı isə dəqiqləşib.

Bənzər yazılar

Back to top button