Sağlamlıq

Qubada təhlükəli infeksiya yayılıb? – Restoranlar “hə” deyir, nazirlik xəbərsizdir

Qubada təhlükəli infeksiya yayılıb.

Bu barədə Qaynarinfo-ya Qubaya istirahətə getmək istəyən vətəndaşlar məlumat verib.

Bildirilib ki, onlara səfərdən əvvəl restoranda yer bron etmək üçün istirahət mərkəzlərinə zəng edərkən bu barədə bildirilib.

Vətəndaşlar qeyd edib ki, ötən həftə istirahətə gedən yaxınları arasında da bu virusa yoluxanlar, hətta hazırda xəstəxanada yatanlar var. Virus qızdırma, qusma, ishal ilə müşahidə olunur.

Qaynarinfo məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, onlara qeyd olunan infeksiya ilə bağlı müraciət daxil olmayıb.

Bənzər yazılar

Back to top button