Siyasət

Tokayev sabah Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım – Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Martın 11-12-də Prezident Kasım – Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək”, – məlumatda deyilir.

Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.

Bənzər yazılar

Back to top button