İdman

“Real”ın bir nömrəli transfer hədəfi açıqlandı

“Real”ın yay transfer pəncərəsi dövründə heyətinə qatmaq istədiyi əsas futbolçunun kimliyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə kluba yaxınlığı ilə tanınan “Marca” qəzeti məlumat yayıb.

Bildirilib ki, “Kral Klubu” Dortmund “Borussiya”sından gənc hücumçu Erlinq Halandı transfer etmək istəyir. Madridlilər artıq Bundesliqa klubu ilə danışıqlara start verib.

Qeyd edək ki, Erlinq Haland bu qış “Zalsburq”dan “Borussiya”ya 20 milyon avroya transfer olunub. 19 yaşlı norveçli futbolçu mövsümün ilk “Zalsburq” və “Borussiya”nın heyətində oynadığı 31 rəsmi matda 40 qol vurub və 8 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında 10 qola imza ataraq bombardirlər yarışında “Bavariya”nın ulduzu Robert Levandovskidən sonra (11 qol) ikinci pilləni tutur.

Bənzər yazılar

Back to top button