Dünya

Finlandiya gizli anbarları açır

Finlandiya koronavirus səbəbindən bir çox ölkə kimi dərman, maska və süni tənəffüs aparatı kimi ləvazimat çatışmazlığı yaşamır. Çünki ölkədə Soyuq Müharibə illərində yaradılan gizli anbarlar açılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölkənin müxtəlif yerlərində yerləşən və heç kəsin bilmədiyi bu gizli anbarlarda maska, dərman, süni tənəffüs aparatları və taxıl kimi bir çox şeyin saxlanıldığı bildirilib.

Finlandiyanın Təcili Tədarük Agentliyinin rəhbəri Toni Lounema ölkənin coğrafi vəziyyəti və tarixinin millət olaraq bütün çətin vəziyyətlərə hazır olmağı öyrətdiyini vurğulayıb. O, sözügedən anbarlardakı ləvazimatın bütün ölkəyə çatacaq qədər olduğunu bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button