Siyasət

Ermənilər azərbaycanlı deputatların Yerevanda “Göy məscid”i ziyarət etməsini özlərinə təhqir sayıblar

Yerevanda “Avronest”in iclasında olan azərbaycanlı deputatlar Soltan Məmmədov və Tahir Mirkişili “Göy məscid”də olublar.

“Bildiyimiz qədər Yerevanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik. İnanırıq ki, tezliklə bu məsciddə əsl sahibləri öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur”, – Tahir Mirkişili Facebook səhifəsində yazıb.

Ermənistan cəmiyyətində bunu Yerevana növbəti irad və siyasi demarş kimi qiymətləndiriblər.

Qeyd edək ki, bu məscid 1766-cı ildə İrəvan xanlığının hökmdarı Hüseynəli xan Qacar tərəfindən tikilib. Bu, Yerevanda saxlanılan səkkiz şiə məscidindən biridir.

Erməni tərəfi bu məscidi “İran” məscidi adlandırır. (Turan)

Bənzər yazılar

Back to top button