CəmiyyətXəbərlər

“Bu günün sabahı, özü də çətin sabahı var…” – Mirşahin Ağayev

Fəaliyyəti dayandırılmış ANS-in tanınmış simalarından olan Mirşahin Ağayev maraqlı açıqlamalar verib.

Strateq.az xəbər verir ki, o, sosial şəbəkədə ANS-in əməkdaşlarının fəaliyyəti dayandırılmış şirkətin problemlərinı ictimai diqqətə yenidən çatdırmaq üçün gözlənilməz formaya əl atdığını bildirib:

“ANS-in əməkdaşları bugünki dövlətin idarəçilik əsaslarının müəllifinə – Heydər Əliyevə “Açıq Məktub”la müraciət ediblər.

Əslində qeyri-adi, qeyri standart üsuldur və məncə vətəndaşların öz qayğı və problemlərini alternativ tribunadan elan etməsi üçün əlverişli taktikadır. Yəni əli hər yerdən üzülmüş vətəndaşa daha bir pənah, ümud ünvanı göstərilib.

Təbii ki, müraciət sosial şəbəkədə əməlli bir ajiotaja səbəb olub. Açıq Məktubda qaldırılan məsələrə sağlam məntiqlə yanaşanlar az deyil. Belələri müəllifləri Heydər Əliyevin 2003-cü ildə vəfat etdiyindən xəbərdar olmayacaq qədər əbləh hesab etmirlər. Ağlı az-çox yerində olan hər kəs başa düşür ki, müraciət olunmuş forma yalnız çatdırma vasitəsidir və əsas hədəf ANS-in üzərindəki “terrorçuların əlaltısı” ifadəsinin götürülməsinə nail olmaqdlr. Bu məsələ olduqca ciddi əhəmiyyət daşıyır.

Çünki ANS kimi bir dəyər, tarixi bir qurum bu yarlığın təkcə ona yox, Azərbaycanın özünə də ləkə olduğunu anlayır. Əslində ANS-in bu ləkəni silmə cəhdləri Azərbaycanı terrorçu dövlət kimi təqdim edən qüvvələrin əlinə fürsət vermışlərə öz qərarlarını dəyişmək imkanl da yaradır. Ona görə ki, terrorçuların əlaltısı adlandırılan ANS Azərbaycanın Qüruru, vətənpərvərlık kursunun flaqmanıdır. Hakimiyyət öz əli ilə dövlətin ən etibarll beynəlxalq dərəcəki informasiya vasitəsini ləkələməməliydi…

Bu günün sabahı, özü də çətin sabahı var. ANS-in adı və özü Azərbaycana hələ çox böyük fayda verməlidir. Amma məktubun ruhunu ya tuta bilməyən, ya da qəsdən tutmayan “savadlılar” da var. Kimi Lenini xatırlayır, kimi Movzeleyi…

Hətta Şeyx Nəsrullaha qədər gedib çıxanlar var. Ən qəribəsi də budur ki, məktubda toxunulan mətləblər bir kənara atılır, rişxənd və istehzalı şərhlərlə ansçilərin son ümidlərinə də əl qaldırılır.

Baxmayaraq ki, “Ölüyə də məktub yazarlar?”, “Gözləyin, cavab tez gələr!” deyən öz aləmlərinin “ağıllıları” “dərdimi suya dedim, alışdı su da yandi!” söyləyən baba və nənələrin törəmələridirlər və öz içərilərində yaxşıca qanırlar ki, məsələ ölü, diri məsələsi deyil, ölüm-dirim məsələsidir. Üz tutmağa nə yer, nə də ümid qalıb (Jurnalistlər, yazanlar, saytlar müraciətin içindəki-həqiqətən də- həlledici sualları bir kənara ataraq, ətrafında, həndəvərində hərlənirlər. Nə prokurorluğa, nə MTRŞ-ya müraciət edən var).

Statusunu oxuyan kimi yığırlar səni və səndən soruşurlar: “Mir Şahin bəy, indi prokurorluq nə deyir? Prokurorluqdan yox a! səndən soruşurlar! Və ya soruşurlar ki, MTRŞ mənzil ayıracaq Sizin əməkdaşlara?

Sözsüz ki, bu sual da ANS- ə deyil…

Bütün bunları da məhz ona görə yazıram ki, diqqət əsas məsələdən yayınmasın! Məktubu bir də oxuyun, orda söhbət bu gün hətta ANS-in açılmasından da yox, ” terrorçu yarlığını” n üzərimizdən götürülməsi istəyindən gedir!

Məktub isə doğrudan Heydər Əliyevə yazılıb!

Yalnız Heydər Əliyevə ünvanlanmasa da!”.

Bənzər yazılar

Back to top button