İdman

“Mançester Yunayted”də mənə vaxt verilmədi” – Mourinyo

“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo klubda işlədiyi vaxtları xatırlayıb.

Qol.az “Goal.com”a istinadən xəbər verir ki, hazırda “Tottenhem”i çalışdıran 57 yaşlı mütəxəssis “qırmızı şeytanlar”da ona yetəri qədər vaxt verilmədiyini deyib:

“Karyeramın müəyyən mərhələlərində işlədiyim komandalarda lazımı nəticə üçün çox vaxta ehtiyacım olmayıb. Bu, “Portu”da, “Real”da, “Çelsi”də də oldu. Hər şey bizim xeyrimizə işlədi və nəticə əldə etmək çox çəkmədi.

Özümdə yeni bir şeylər sınamaq, başqa ölkələrə səyahət etmək, qalib gəlmək, yeni təcrübələr qazanmaq istəyirdim.

İrəliləyiş əldə etmək üçün vaxta ehtiyacım olduğunu anladığım ilk klub “Mançester Yunayted” idi. Amma orada mənə həmin zaman verilmədi. Prosesin ortasında artıq komandadan ayrıldığımı hiss etdim. Eyni zamanda özümə başqalarının fikirlərinə hörmət etməyi də öyrətmişdim.

Komandada əlimdən gələni etdim. İndi isə yoluma davam edirəm. Mən də xoşbəxtəm, onlar da. Əla münasibətlərimiz var. Bir klubdan ayrılanda həmişə onlar haqqında danışmaqdan qürur duya bilərəm”.

Qeyd edək ki, Mourinyo 2016-2018-ci illərdə “Mançester Yunayted”də işləyib.

Bənzər yazılar

Back to top button