Gündəm

“Bölmələrimiz həmin istiqamətdə atəş açmayıb” – MN

Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulması nəticəsində erməni hərbçinin yaralandığını iddia edib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edib.

“İyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə sorğuya cavab olaraq bildiririk ki, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb”, – Nazirlikdən bildirilib.

Bənzər yazılar

Back to top button