Cəmiyyət

Son iki ayda Azərbaycanda 13 min nəfər qızılca əleyhinə peyvənd olunub

Ötən il dekabrın 27-dən bu günədək Azərbaycanda 12 882 nəfər qızılca, parotit, və məxmərək əleyhinə peyvənd olunub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir.

Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan qızılca, parotit, məxmərək peyvəndilə aparılır.

«6 yaşından yuxarı heç vaxt peyvənd olunmamış şəxslərin 1-ci və 2-ci dozası arasında müddət minimum 4 həftə olmalıdır. Daha öncə qızılca, parotit, məxmərək peyvəndinin yalnız 1-ci dozasını almış şəxslərdə 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir”, – TƏBİB bildirir.(Turan)

Bənzər yazılar

Back to top button