“Nazirin dostu Nizami rayonunda böyük bir parkı məhv edir” – FOTO

Print Friendly, PDF & Email

Arif Qasımovun Muxtar Babayevlə dost olduğu deyilir

Nizami rayonunda Neftçilər metrosunun yaxınlığındakı park məhv edilir.

Hüquq müdafiəçisi: “Park məhv edilir, yerində restoranlar tikilir”

Bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb.

Mirvari Qəhrəmanlı

“Bu da Nizami rayon icra hakimiyyətinin nəfsi. Park prospektdən başlayaraq, yavaş-yavaş məhv edilir, restoran tikilir. Başçı Muxtar müəllimin dostudur ki? (Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nəzərdə tutulur. red)”.

Hüquq müdafiəçisinin sözlərinə görə, parkda hər gün istirahət edən təqaüdçülər də yaşllıqlarn məhv edilməsinə etiraz ediblər.

Hüquqşünas: “Nizami rayonu işğal altındadır”

Şücaəddin Bağırov

Hüquqşünas Şücaəddin Bağırov isə yazıb ki, Nizami rayonunda xeyli yaşıllıq məhv edilib: “Hələ siz Xəzər Universitetinin qarşısında, Zəngəzur litseyinin, İnsan Resursları Departamentinin və Nizami Rayon Məhkəməsinin yanındaki parkları deyin. Nizami rayonu işğal altındadır və bütün yaşıllıqlar vəhşicəsinə məhv edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır? Ancaq bir kasıb ağac kəssəydi, o zaman FHN, DİN, DTX adını saymaqla bitirmək mümkün olmayan qurumlar, hətta su və kanalizasiya idarəsi də həmin kasıbın sümüyünün suyunu içmək üçün onun evini mühasirəyə alacaqdılar. Azərbaycan reallığı. Çox təəssüf…”

Ərazidə tikinti aparan şəxsin Fövqəlada hallar naziri Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərovun köməkçisi, biznesmen Ramin Babayevin olduğu iddia edilir.

Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasmovun Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə dost olduğu deyilir.

Muxtar Babayev

Qeyd olunur ki, Arif Qasmovun yaşıllıqları məhv etməsinin cəzasız qalması da bu dostluqdan qaynaqlanır.

Nizami Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilməyib.

Arif Qasımov

Arqument.Az