Dünya

İsti hava 10 gündə 54 nəfərin ölümünə səbəb oldu

Kanadanın Kvebek ştatında müşahidə edilən kəskin istilər səbəbilə ölənlərin sayı 54 nəfərə çatıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 29 iyundan bəri davam edən istilər təkcə Montrealda 33 nəfərin ölümünə səbəb olub. Dünyasını dəyişənlərin 60%-ini evlərində kondisioner olmayan və yalnız yaşayan qocalar təşkil edir.

Kvebek ştatı Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər isti havadan xüsusilə təsirlənib.

Növbəti günlərdə hava şəraitinin normallaşacağı gözlənilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button