İqtisadiyyat

Azərbaycanda nə qədər işsiz insanın olduğu açıqlandı

Bu ilin sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 237,5 min nəfər olub.

Ekonominfo.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadi fəal əhalinin 4 milyon 948,9 min nəfərini məşğul əhali təşkil edib.

Bu isə o deməkdir ki, sentyabr ayının 1-nə olan məlumata görə ölkədə 288,6 min nəfər işsiz var.

Bundan başqa məşğul əhalinin 1 milyon 706,5 min nəfərini muzdla çalışan işçilər (əmək müqaviləsiylə işləyənlər) təşkil edib. Muzdla çalışan işçilərin 891,7 min nəfəri dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda işləyib.

Bənzər yazılar

Back to top button