“Yuventus” Ronaldonun transferini rəsmən açıqladı

Print Friendly, PDF & Email

“Real”ın Portuqaliyalı superulduzu Kriştiano Ronaldonun “Yuventus”a transferinin yekunlaşmasına az vaxt qalıb.

Fanat.Az xəbər verir ki, Turin klubunun məsələ ilə bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilərkən, bugünlərdə sosial mediada dolaşan bir video Ronaldonun İtaliya klubunun formasını geyəcəyinə işarə kimi qələmə verilib.

İtaliya A Seriyası nəhənginin rəsmi “Weibo” hesabından yayımlanan və daha sonra silinən bir videoda Ronaldo ilə uyğunlaşan 7 nömrəli formanı bugünə qədər geymiş futbolçuların adına yer verilib.

Ancelo Di Livio, Canluica Pesotto, Hasan Salihamidziç, Simyone Pepe, Simyone Zaza və Xuan Kuadradonun adlarına yer verilən bu video portuqaliyalının “Yuve”yə transferi anlamına gəlir.