Yaponiyada ölənlərin sayı 100-ə çatıb

Print Friendly, PDF & Email

Yaponiyada güclü yağışlar nəticəsində yaranan sel səbəbilə dünyasını dəyişənlərin sayı 100-ə çatıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 5,9 milyon insanın təxliyəsi barədə göstəriş verilib. Xilasetmə prosesində iştirak edən şəxslərin sayı 73 minə çatıb.

Sel və torpaq sürüşmələri Xiroşima, Kyoto, Şiqa, Fukuoko, Okayama və s. ərazilərdə müşahidə edilib.

Güclü yay yağışlarının növbəti günlərdə də davam edəcəyi açıqlanıb.