CəmiyyətXəbərlər

“Bu il nə qədər abituriyent tələbə adını qazanıb”- Nazirdən AÇIQLAMA

“Azərbaycanda ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”

AzToday.az-ın APA-ya istinadən xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, 2017/2018-ci tədris ilində rekord sayda (37500-ə yaxın) abituriyent tələbə adını qazanıb: “Xüsusi olaraq vurğulamaq istərdim ki, bu, orta qəbul balının artması ilə bərabər olub. Yəni, tələbə sayının artmasına səbəb ali məktəblərə qəbul meyarların aşağı salınması ilə deyil, keyfiyyət meyarının qorunub saxlanmasıdır. Bu, o deməkdir ki, ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”.

Bənzər yazılar

Back to top button