İdman

“Barselona” Buffonu transfer edə bilər

PSJ-dən ayrılan Canluici Buffon karyerasını İspaniyada davam etdirə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Barselona” rəhbərliyi 41 yaşlı qolkiperi ehtiyat qapıçı kimi transfer etməyi düşünür.

Qeyd edək ki, C.Buffonla İtaliya “Breşii”, “Latsio” və “Cenoa”sının, Türkiyə “Fənərbaxça”sının və Çin və Almaniya klunblarının da maraqlandığı iddia olunur.

Xatırladaq ki, PSJ bir neçə gün əvvəl Buffonla başa çatan müqavilənin müddətini qarşılıqlı razılaşma əsasında uzadılmadığını açıqlayıb.

Bənzər yazılar

Back to top button