Bizim seçimCəmiyyətGündəmManşet

Bakıda Albert Aqarunova heykəl qoyulur (FOTO)

Bakıda Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunova heykəl qoyulur.

Qaynarinfo xəbər verir ki, bu barədə şair Rauf Qərib Alagöz “Facebook” profilində məlumat paylaşıb.

Heykəldə A.Aqarunovun tank üzərinə təsvir edilib. Abidə Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşdirilir.

Qeyd edək ki, bu il şəhidin 50 illik yubileyidir. Asif Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən könüllü şəkildə cəbhəyə gedib. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən və şəhərə asılmalı olan “fəxri” erməni bayrağını daşıyan erməni Qaqik Avşaryanın 442 nömrəli tankı Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulub.

Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. O,mövqeyini dəyişərkən öz tankının önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxıb və bu zaman snayperin gülləsinə tuş gəlib. Albert Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Onu da qeyd edək ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi.

Bənzər yazılar

Back to top button