Hadisə

Qarabağ qazisi vəfat etdi

Martın 8-də Qarabağ qazisi Ələkbər Talıbov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı bildirib ki, o, 20 Yanvar faciəsi zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərdiyinə görə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüşdü:

“Ələkbər Talıbov Qarabağda da erməni işğalçılarına qarşı fədakarlıqla döyüşmüşdü.

Ələkbər Hacı Məmmədəli oğlu Talıbov 1953-cü il, avqust ayının 7-də Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuşdu. Babası Əsədulla Talıb oğlu Dividil Azərbaycanın Güneyində Miyana fədailərindən idi. 1946-cı ildə oğlu Məmmədəli ilə birlikdə Azərbaycanın quzeyinə mühacirətə gəlmişdi.

Ələkbər Talıbov vəfatından öncə Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı vəzifəsində çalışırdı.

Qazinin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Allah rəhmət etsin!

Bənzər yazılar

Back to top button