Dünyaİqtisadiyyat

İranda verilən şok qərar! Birja mərkəzi İstanbuldan İrəvana köçürülür

1995-ci ildə İstanbulda yaradılan və 22 ildir Türkiyədə fəaliyyət göstərən Avrasiya Birjaları Federasiyası (Federation Euroasia Sec- FEAS) öz mərkəzini İstanbuldan Ermənistanın paytaxtı İrəvana köçürür.

AzToday.Az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə FEAS və Misir birjasının prezidenti Muhamməd Omran üzvlərinə göndərdiyi e-maildə məlumat verib.

Məlumatda, FEAS-ın mayın 16-da Tehranda keçirilən fövqəladə qurultayinda səs çoxluğu ilə federasiya mərkəzinin İrəvana köçürülməsinə qərar verdildiyi bildirilib.

Omran həmçinin bildirib ki, “Birja İstanbul” və “Saraybosna” fond birjasının FEAS-dan çəkilməsindən sonra onların yerinə Yunan Kipri birjası və İranın “Fara” birjası keçib.

Qeyd edək ki, Türkiyə FEAS-ın idarə heyətinin üzvlərindən biri idi və qurumun mərkəzi “Birja İstanbul”un binasında yerləşirdi.

Mütəxəssislər; Asiya, Balkanlar, Şimali Afrika və Yaxın Şərq ölkələrinin də üzv olduğu FEAS-ın əhəmiyyətli bir şəbəkə olduğunu, Türkiyə tərəfindən yaradılan qurumun İrəvana köçürülməsinin sektor üçün bədbəxtçilik olduğunu deyiblər.

Ölkə birjaları arasında regional əməkdaşlığı çoxaltmaq məqsədi ilə yaradılan FEAS indiyə qədər böyük müqavilələrə imza qoyub.

FEAS-ın 33 fəal üzvü, 11 qeyri-birja üzvü, 3 müşahidəçi üzvü və 4 mübadilə quruluşu üzvü var.

Bənzər yazılar

Back to top button