İdman

Ardanın məsləhətindən sonra “Barselona”da üzlər gülər – Bu həftə bilinəcək

Uzun müddətdir futbol gündəmini zəbt edən Arda Gülərlə bağlı transfer şayiələri hələ də səngimir. Başda “Barselona” olmaqla bir çox klubun transfer etmək istədiyi gənc ulduzun qərarı maraqla gözlənilir.

Fanat.az xəbər verir ki, Arda Gülər ​​”Barselona”nın təklifindən sonra Türkiyə futbolunun önəmli adlarından olan, “Qalatasaray” əfsanəsi Arda Turanla görüşüb. “Takvim” nəşrinin verdiyi xəbərə görə, 2018-2020-ci illər arasında Kataloniya nəhənginin formasını geyinən Arda “Düşünmə, “Barsa”ya get. Ora sənin üçündür”, – deyə məsləhət verib.

Arda Gülərin də xüsusilə Xavi faktoruna görə “Barselona”ya çox isti münasibət bəslədiyi, lakin, yekun qərar vermədiyi bildirilir. 18 yaşlı futbolçunun bu həftə üçüncü və sonuncu dəfə prezident Ali Koçla görüşməsindən sonra qərar verəcəyi gözlənilir.

“Barselona”nın 17,5 milyon avrodan çox təklif etməsi və transferi reallaşdırandan sonra onu “Fənərbağça”ya 1 illik icarəyə verməyə razılaşması Koçun ürəyincədir.

Milli üzvünün hazırda “Barselona”ya keçməyə çox yaxın olduğu, lakin “Leyptsiq”, “Ayaks” və “Benfika” kimi inkişafa münbit şəraitli klublara qoşulmaq variantlarını da nəzərdən keçirdiyi bildirilir. “Bir il Kastilyada oynamaq” təklifinə görə “Real Madrid”in mümkün variantlar arasında olmadığı deyilir.

Bənzər yazılar

Back to top button