Hadisə

Maşın qoyun sürüsünə girdi: çoban yaralandı, 57 baş qoyun tələf oldu

İyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində – Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

DİN Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirlib ki, hadisə nəticəsində A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bənzər yazılar

Back to top button