İdman

Ronaldo ilə bağlı qərar verilir – bu gün

“Real”ın futbolçusu Kriştiano Ronaldonun Madrid klubundakı gələcəyi ilə bağlı bu gün vacib görüş keçiriləcək.

Qol.az-ın “Sky İtalia”ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun agenti Jorje Mendeş bu gün Madrid klubunun prezidenti Florentino Pereslə görüşəcək. Görüşdə J.Mendeş K.Ronaldo üçün göndərilən 100 milyon avroluq təklifi klub prezidentinə təqdim edəcək. Danışıqlar müvəffəqiyyətlə keçəcəyi təqdirdə, Ronaldonun yeni klubu 48 saat ərzində açıqlanacaq.

Qeyd edək ki, K.Ronaldonun yeni klubunun “Yuventus” olacağı gözlənilir.

Bənzər yazılar

Back to top button