Dünya

Tramp Putinə: “Onlar axmaqdır, onları dinləməməlisən”

ABŞ prezidenti Donald Tramp mart ayında Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ona bu görüşə mane olmağa çalışan və “axmaq” adlandırdığı “Ağ Ev” rəsmilərinin verdiyi açıqlamalara fikir verməməsini tövsiyyə edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Nyu York Times qəzeti yazıb.

Mənbə Trampın Putinə, “Onlar axmaq insanlardır, onları dinləməməlisən”, – dediyini bildirib.

Xəbərdə yer alan digər iddia isə “Ağ Ev” rəsmilərinin martın 15-də yenidən prezident seçilməsi münasibətilə Trampın Putini təbrik etməsinə mane olmağa çalışmalarıdır.

Qeyd edək ki, iyulun 16-da Tramp və Putin Finlandiyanın paytaxtı Helsinkidə ilk dəfə tam formatta üz-üzə görüşəcəklər. Görüş zamanı iki ölkə arasındakı əlaqələr və Suriya məsələsinin müzakirə olunacağı gözlənilir.

Bənzər yazılar

Back to top button