Bizim seçimHadisə

MTN-in dələduz zabitinə hökm oxundu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Elçin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzToday.az axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Elçin Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib

İttihama görə, Elçin Əhmədov vətəndaşları dövlət orqanlarında işə düzəldəcəyi vədini verib, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

Elçin Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub. O, sonradan işdən çıxarılıb.

Bənzər yazılar

Back to top button