Siyasət

20 sentyabr döyüşləri zamanı Azərbaycan SQ hansı mövqeləri tutub

Çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, sentyabrın 20-də hərbi əməliyyatlar zamanı Azərbaycan SQ Qarabağda ermənilərin 90 mövqeyini ələ keçirib.

Hansı istiqamətlərdə irəliləyiş əldə edildiyi açıqlanmır. Lakin Ermənistan tərəfi onlarla kənddən və bir sıra şəhərlərdən minlərlə sakinin təxliyə edildiyini bildirir.

İnternetdə Azərbaycan əsgərlərinin çəkdiyi videokadrlar yayılıb, bu kadrlardan hücum istiqamətlərindən birinin Kəlbəcər tərəfdən olduğu görünür. Belə ki, İmarət-Gərvənd, Zərdəxaç, Qızqala (Getavan) və Həsənriz (Aterk) kəndləri ələ keçirilib.

Eyni zamanda, Tərtər istiqamətindən hücum həyata keçirilib və Tapakənd (Tonaşen) kəndi yaxınlığında böyük hərbi baza ələ keçirilib.

Bundan başqa, Dəmirli (Kaşen) qızıl yatağı və Canyataq kəndi ələ keçirilib.

Bəzi məlumatlara görə, Ağdərə (Mardakert) rayon mərkəzi qismən təxliyə edilib.

Beləliklə, Tərtər və Kəlbəcər arasında strateji yolun açıldığını demək olar.

Xocavənd (Martuni) rayonunda cənub hissədə böyük Qırmızı Bazar qəsəbəsi və Taqavard kəndi və bir sıra digər kəndlər Azərbaycan SQ-nin nəzarəti altına keçib, bu da Füzuli tərəfdən Şuşaya gedən daha bir yolun nəzarətə götürülməsi deməkdir.

Şərq istiqamətində irəliləyiş Əsgəran rayonunun bir sıra kəndlərinə nəzarətin ələ keçirilməsi ilə yekunlaşıb. Bu, Azərbaycan SQ-nin Xocalının bilavasitə yaxınlığında olduğunu göstərir.

Həmçinin, Şuşa şəhərindən Xankəndi istiqamətində irəliləyiş olub. Bu istiqamətdə Kərkicahan qəsəbəsinin girişindəki postlar ələ keçirilib.

Erməni mənbələrinin məlumatına görə, 19-20 sentyabr tarixlərində hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi 200 nəfər itki verib, 400 nəfər yaralanıb. Bu zaman çox sayda hərbiçi itkin düşmüş hesab olunur.(Turan)

Bənzər yazılar

Back to top button