GündəmSiyasət

Azərbaycan və İran ikitərəfli və regional gündəlikdə duran məsələləri müzakirə edib

Noyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Məlumatda deyilir ki, nazirlər ikitərəfli və regional gündəlikdə duran və həlli zəruri olan məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə edib.

“Bölgədə regional formatlar çərçivəsində aparılan işin vacibliyi, bu istiqamətdə səylərin artırılmasının əhəmiyyəti qeyd edilib, bu prosesin bölgədə sülh və sabitliyə töhfə verəcəyi vurğulanıb. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, Xarici Işlər Nazirliyi bildirir.

İran Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, telefon danışığında Azərbaycanın xarici işlər naziri regional dialoqların və regiondankənar ölkələrin müdaxiləsindən uzaq mexanizmlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əmir Abdollahian bölgədə sülh yaratmaq və yaxınlaşmanı gücləndirmək üçün regional mexanizmlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Əlbəttə, regional əməkdaşlıq formatlarını nə qədər fəallaşdırsaq, region ölkələri üçün bir o qədər faydalı olacaq”, nazir qeyd edib.

İran Xarici İşlər Nazirliyi bildirir ki, tərəflər ikitərəfli münasibətlərin möhkəmlənməsindən məmnunluq ifadə edərək, regional və beynəlxalq arenada əməkdaşlığın artırılması və gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Bənzər yazılar

Back to top button