Dünya

Türkiyə Böyük Mİllət Məclisi bağlandı

Türkiyə parlamenti COVID-19 koronavirusun yayılması riskinə görə dezinfeksiya üçün bağlanıb, bütün işçilər evlərinə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə RİA “Novosti” öz mənbəsinə istinadən məlumat yayıb. Qeyd edildiyi kimi, bütün otaqlarda dezinfeksiya işləri aparılır və mart ayının sonuna qədər binaya giriş dayandırılır.

Gələn həftə parlamentin hansı rejimdə çalışacağı hələ bilinmir.

Hazırda Türkiyədə iki koronavirus infeksiyası qeydə alınıb, bunlar bir ər və arvaddır.

Bənzər yazılar

Back to top button