Dünya

Millət vəkilinə qarşı sui-qəsd

Pakistanda Yakatut şəhərində millət vəkili Harun Bilura qarşı terror aktı törədilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, seçiciləri ilə görüş keçirən millət vəkilinin nitqi zamanı partlayış baş verib. Nəticədə Bilur da daxil olmaqla 12 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Qeyd edək ki, millət vəkilinin atası Bəşir Əhməd Bilur da 2012-ci ildə Taliban tərəfindən təşkil edilən hücum nəticəsində dünyasını dəyişmişdi.

Bənzər yazılar

Back to top button