İdman

“Fransa ilə udmaqdansa, Belçika ilə uduzmaq yaxşıdır” – Hazard

Belçika millisinin kapitanı Eden Hazard DÇ-2018-in yarımfinalında uduzduqları Fransa yığmasına söz atıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ulduz futbolçu dünənki qarşılaşmada rəqibdən daha yaxşı oynadıqlarını bildirib6

“Fransa millisinin oyunçularının yerində olmaq istərdinmi? Onlar dünən qələbə qazandılar. Hər bir futbolçu qalib gəlmək istəyir. Ancaq mən Belçika ilə uduzmağı Fransa ilə qələbə qazanmaqdan üstün tuturam. Çünki biz daha gözəl futbol sərgiləyirik. Bu cür oyun üslubu mənə daha çox uyğun gəlir”.

Qeyd edək ki, yarımfinalda Fransaya 0:1 hesabı ilə uduzan Belçika İngiltərə – Xorvatiya cütünün məğlubu ilə 3-cülük uğrunda oynayacaq.

Bənzər yazılar

Back to top button