Ölkənin yarısı yenə işıqsız qaldı – Səbəb açıqlandı

Print Friendly, PDF & Email

Bakıda və ölkənin müxtəlif bölgələrində yenidən işıqlar sönüb.

Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev lent.az-a bildirib ki, məsələni araşdırırlar: “Yaxın dəqiqələrdə rəsmi məlumat veriləcək”.

Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.