Hadisə

Azərbaycanda baytarların sayı azalıb – Rəsmi

Bu ilin yanvar ayının 1-nə olan sonuncu məlumata görə, Azərbaycanda dövlət sektorunda 899 min 122 nəfər muzdlu işçi olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dövlət sektorunda işləyən muzdlu işçilərin sayı son bir ildə 5 min 28 nəfər və ya 0,6% azalıb.

Qeyd edək ki, muzdlu işçilərin sayının azaldığı sahələrdən biri də baytarlıq fəaliyyəti olub. Son bir ildə dövlət qurumlarında baytarlıq fəaliyyətiylə məşğul olan muzdlu işçilərin sayı 18,4% azalaraq 1 020 nəfərdən 832 nəfərə düşüb.

Bənzər yazılar

Back to top button