İdman

Ronaldo daha bir rekorda imza atdı

Portuqaliyalı Kriştiano Ronaldo İtaliyanın A seriyasının ardıcıl 7 oyununda qol vurmağa nail olub.

Fanat.Az xəbər verir ki, bununla Ronaldo “qoca sinyora”nın fransalı sabiq hücumçusu David Trezeqenin rekordunu təkrarlayıb. İkinci bu uğura 2005-ci ildə imza atmışdı.

Qeyd edək ki, Ronaldo ötən gün A Seriyasının XX turu çərçivəsində “Parma” ilə keçirilən görüşdə dubla imza atıb. Oyun “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər yazılar

Back to top button