Bizim seçimGündəmHadisə

Azərbaycanda narkokuryer 43 kiloqram heroinlə tutuldu

Polis əməkdaşları Gəncə şəhər sakini Arzuman Qocayevdən 43 kiloqramdan çox heroin, bir kiloqram yarımdan çox marixuana, yarım kilo tiryək, 2 kq.-dan çox matamfetamin götürüblər. DİN mətbuat xidmətinin məlumatına görə, götürülmüş narkotik maddələr “qara bazar”da 1,2 mln. dollar həcmində qiymətləndirilir.

Mənbənin məlumatına görə, narkotik maddələri A.Qocayevə iki nəfər İran vətəndaşı verib. A.Qocayev onları müxtəlif ünvanlara paylamalı idi. O, iranlılarla oxşar əməliyyatları bir neçə dəfə yerinə yetirib.

Faktla bağlı cinayət işi başlanıb, A.Qocayev həbs edilib. (Turan)

Bənzər yazılar

Back to top button